Nazim Süleymanov ən ağır zərbəni tarixinə düşdüyü komandadan aldı
25.04.2011 - 11:07
Azərbaycan Premyer Liqasının XXVIII turu AZAL klubunun baş məşqçisi Nazim Süleymanovun məşqçilik karyerasında iz buraxdı. Apasport.az saytının məlumatına görə, 46 yaşlı Süleymanov 2004-cü ildən başlayan Azərbaycandakı məşqçilik karyerasında ilk dəfə böyük hesabla uduzdu. Özü bu, ona doğma olan Lənkəranda, çox yaxşı tanıdığı “Xəzər Lənkəran”la səfər oyununda reallaşıb – 0:3. Axı Süleymanov vətəndə məşqçiliyə məhz “Xəzər Lənkəran”ın başlayaraq, onun ilk çalışdırıcısı kimi tarixə düşüb. Keçmiş hücumçu iki müxtəlif vaxtda baş məşqçisi olduğu Lənkəran klubunu 17, “Bakı” və yığmamızı hərəyə 1, indiki komandasını 56 oyuna çıxarıb. Süleymanov ilk böyük hesablı məğlubiyyəti 74-cü matçında oldu.
AZAL da uzun müddətdən sonra böyük hesabla uduzdu. Yəni bu, Süleymanovun gəlişinə qədər, sələfi Əsgər Abdullayevin vaxtında olub. Söhbət 2009-cu ilin noyabrın 8-də “Simurq”la ev oyunundan gedir. “Şəfa” stadionunda Zaqatala klubuna 0:3 hesabı ilə yenilən komanda həmin vaxt “Olimpik-Şüvəlan” adlanırdı. 531 gündən sonra qeydə alınan növbəti böyük hesablı məğlubiyyət AZAL adı ilə ilk oldu.

0
0