“Xəzər Lənkəran” tarixinin ən uğursuz seriyasına son qoydu
25.04.2011 - 12:04
“Xəzər Lənkəran” klubu tarixinin ən uğursuz seriyalarından birinə son qoyub. Apasport.az saytının məlumatına görə, 7 illik tarixində ilk dəfə olaraq ardıcıl 6 oyun qələbəyə həsrət qalan komanda bu seriyanı Premyer Liqamızın XXVIII turunun AZAL-la ev oyununda qırıb. Rəqibi 3:0 hesabı ilə darmadağın edən lənkəranlılar sonuncu dəfə 51 gün əvvəl qalib gəlmişdi. “Xəzər Lənkəran” ötən ayın 3-də ölkə kubokunun 1/4 final mərhələsinin səfər oyununda “Neftçi”ni məğlub etmişdi – 4:3.
Bundan sonra “Neftçi” ilə kubokun cavab və çempionat görüşündə, həmçinin “İnter”lə Premyer Liqa oyunlarını doğma meydanda keçirən “Xəzər Lənkəran” hər 3 halda 1:1 hesabı ilə kifayətlənmişdi. Çempionata təsadüf edən son 3 səfər matçında isə cənublular qola da həsrət qalıb. AZAL-a 0:1 hesablı məğlubiyyət, “Qarabağ” və “Bakı” ilə qolsuz heç-heçələr 7 xal itkisinə bərabər olub.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çempionatdakı son qələbəsi səfərdə “İnter” üzərində qazanılmışdı. Həmin 3:1 hesablı zəfər 55 gün əvvəl - fevralın 27-də qeydə alınıb.
Mənbə: lankaranfc.com

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0