Azərbaycan çempionu bu həftə rəsmiləşə bilər
25.04.2011 - 12:56
Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə yekunlaşmaq üzrədir. Apasport.az saytının hesablamalarına görə, cari mövsümün qalibi adı artıq növbəti turda müəyyənləşə bilər. Bu, “Neftçi”nin növbəti qələbəsi, ən yaxın izləyicisi olan “Xəzər Lənkəran”ın xal itirməsi sayəsində reallaşacaq. Hər iki komanda XXIX turda səfərdə oynayacaq. “Xəzər Lənkəran”ın aprelin 30-da “Şəfa” stadionunda “İnter”in, “Neftçi” mayın 1-də Şüvəlan qəsəbəsindəki AZAL-ın qonağı olacaq. Bu komandalar “altılığ”ın ilk dövrəsinin son turunda görüşüblər ki, “Neftçi” AZAL-ı yenmiş (2:1), “Xəzər Lənkəran” “İnter”lə bərabərliyə qalmışdı (1:1). Həmin nəticələrin növbəti turda da təkrarlanacağı real görünür.
“Neftçi”nin qələbəsi, “Xəzər Lənkəran”ın heç-heçəsi 1-ci və 2-ci yer arasında xal fərqini 10-a çatdıracaq. Bu zaman lider sona 3 tur qalmış artıq əlçatmaz olacaq. Ancaq “Neftçi” ən yaxın izləyicilərinin nəticələrindən də asılı olmayaraq çempion olmaq imkanına malikdir. Bunun üçün Arif Əsədovun çalışdırdığı komandanın qalan 4 oyunda uduzmamağı lazımdır. Yəni bu, bərabərlikdən də ibarət ola bilər. Həmin 4 xal “Neftçi”ni 6 il gözlədiyi çempionluğa qovuşduracaq. Onu da nəzərə alaq ki, liderin “Xəzər Lənkəran”la da görüşü qalıb və hadisələr proqnozlaşdırdığımız kimi olarsa, son turdakı “Böyük oyun” formal xarakter daşıyacaq.
Qeyd edək ki, 4-6-cı yerləri tutan AZAL, “İnter” və “Bakı” son 3 turda bir-bir çempionluq şanslarını rəsmən itirdilər. 3-cü yerdə gedən “Qarabağ” növbəti turda mayın 1-də evdə “Bakı” ilə görüşdə xal itirsə, çempionluqla vidalaşan növbəti komanda olacaq. Bunun üçün “Neftçi”nin qələbəsi yetərlidir.
Mehman SÜLEYMANOV

0
0