“Qalatasaray”ın futbolçusu “Verder”lə müqavilə imzaladı
25.04.2011 - 13:39
“Qalatasaray” klubunun futbolçusu Barış Özbək karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin “Verder” klubu ilə danışıqları müsbət nəticələnib. “Qalatasaray”ın transferə çıxardığı Barış Bremen təmsilçisi ilə keçidi ilə bağlı danışıqlar üçün Almaniyaya yollanmışdı. Özbək 1 ilinə 1 milyon avro qarşılığında “Verder”lə ilkin müqavilə imzalayıb.
0
0