“Muğan”ın legioneri Flavinyonu qabaqladı
25.04.2011 - 15:17
Salyanın “Muğan” klubunun isveçli legioneri Con Pelu Azərbaycan Premyer Liqasının final mərhələsinin tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, əslən Burkina-Fasodan olan hücumçu “altılıq”da ilk dublun müəllifi oldu. Pelu buna “Simurq”la ev oyununda - “Şəfa” stadionunda (3:0) imza atmaqla, böyük hesablı qələbədə əsas pay sahibi oldu.
Düzdür, həmin gün – aprelin 23-də “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo da dubl etdi. Ancaq onun buna nail olduğu “Bakı” ilə ilk “altılıq” oyunu “Muğan” – “Simurq” görüşündən sonra başlamışdı. Con “Neftçi”nin yarımmüdafiəçisini dublun vaxtı baxımından da qabaqlayır. Belə ki, Pelu 5, Flavinyo 35 dəqiqəyə rəqib qapısına 2 dəfə yol tapıb.
Ölkəmizdə lk dubllarını edən bu iki legioneri birləşdirən digər məqam da var. Məsələ ondadır ki, onlar son rəqiblərinə indiyə kimi də qol vurublar. Özü də Flavinyo bunu daha çox edib. Belə ki, “Neftçi”nin cari mövsümdə “Bakı”ya qol vurduğu hər üç oyunda (iki dəfə 2:0, bir dəfə 1:0) braziliyalının adı var. Flavinyo “zolaqlılar”a “altılıq”da hər iki oyunda, ümumilikdə 4 qol vurub ki, bunu rekord saymaq olar. Hər halda, ondan başqa eyni komandaya bir mövsümdə bu qədər qol vuran olmayıb. Pelu isə “Simurq”a Zaqatalada və Bakıda hərəyə 1 qol vurub.
Qeyd edək ki, Flavinyo cari mövsümdə oynadığı çempionatımızda bombardirlər yarışında mövqeyini bir qədər də yaxşılaşdırdı. Dublu ilə 4 futbolçunu – Rauf Əliyev (“Qarabağ”), braziliyalı Junivan Suares (“Gəncə”), yamaykalı Deon Barton (“Qəbələ”), litvalı Qvidas Yuşka (AZAL) qabaqlayan braziliyalının hesabında artıq 11 qol var. O, lider olan özbək komanda yoldaşı Bahodir Nasimovdan 4 top geri qalır.
Mehman SÜLEYMANOV

0
0