Bakıda oynamış futbolçunu 20 milyon avrodan aşağı satmayacaqlar
25.04.2011 - 16:32
Bakıda oynamış futbolçunu 20 milyon avrodan aşağı satmayacaqlar
Dortmundun “Borussiya” klubu Türkiyə yığmasının futbolçusu Nuri Şahinin transfer qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bundesliqa liderinin idman direktoru Hans-Yoahim Vatske gənc yarımmüdafiəçiləri ilə Madrid “Real”ının maraqlandığını təsdiqlədi. Ancaq onun sözlərinə görə, İtaliyanın “İnter”, “Napoli” klublarının da transfer etmək istədiyi aparıcı futbolçularını az məbləğə buraxmaq fikrində deyillər: “Biz aparıcı futbolçularımızla asan yollarımızı ayıran klub deyilik. Ancaq yaxşı təklif alsaq, bu haqda fikirləşərik. Nurini 20 milyon avrodan aşağı məbləğə satmaq istəmirik. Bunun yarısı “Borussiya”nın güclənməsinə gedəcək”.
Qeyd edək ki, zədə üzündən mövsümü erkən bitirməli olan Şahin cari çempionatda 30 oyuna 6 qol vurub. O, ötən il “Borussiya”nın heyətində “Qarabağ”la Avroliqa, millisi ilə yığmamızla rəsmi oyunla əlaqədar Bakıya gəlib.