“Qalatasaray”da Bakı yolçusunun əvəzinə 3 namizəd
25.04.2011 - 17:10
“Qalatasaray” klubunun əsas qapıçısı Robinson Zapatanın yerinə 3 namizədi var. Apasport.az saytının məlumatına görə, Kolumbiya yığmasının qapıçısı ilə yollarını ayırmağı qərara alan “Cim Bom” braziliyalı Aleksander Doni (“Roma”), argentinalı Sergio Romero (“Alkmaar”) və ispaniyalı Manuel Almuniya (“Arsenal”) arasında seçim edir. Onlar arasında Braziliya yığmasının da üzvü olan Doninin şansları daha yüksək qiymətləndirilir. Almuniyadan fərqli Romero da öz millisinin futbolçusudur.
Qeyd edək ki, Zapatanın Premyer Liqamızın lideri “Neftçi”dən dəvət aldığı bildirilir. Türk həmkarlarımızın sözlərinə görə, komandamız legionerin 1 ilinə görə 500 min avro təklif edib.
Qeyd edək ki, Zapatanın Premyer Liqamızın lideri “Neftçi”dən dəvət aldığı bildirilir. Türk həmkarlarımızın sözlərinə görə, komandamız legionerin 1 ilinə görə 500 min avro təklif edib.
0
0