“Neftçi”nin rəsmi jurnalının yeni sayı işıq üzü gördü
25.04.2011 - 16:53
Bakının "Neftçi" klubunun rəsmi jurnalının aprel ayı üçün nəzərdə tutulan sayı işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, ideya rəhbəri klub prezidenti Sadıq Sadıqov, baş redaktoru Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlunun olduğu jurnal şərti olaraq rəsmi, birinci, ikinci hissə və əlavə vaxtdan ibarətdir.
Rəsmi hissədə Azərbaycan futbolunda qazanılan uğur, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkə idmanına, o cümlədən futbola göstərdiyi diqqət və qayğı barədə yazılıb. Birinci hissədə Premyer Liqanın 21-26-cı turlarının xülasəsi, gənc və perspektivli futbolçu Cavid İmamverdiyevin müsahibəsi, "Neftçi"nin yeni yaradılmış B komandası haqqında yazı, eləcə də "Neftçi" öz gücünə oynayır!" məqaləsini oxumaq mümkündür.
İkinci hissədə isə "Neftçi"nin 17 yaşlılardan ibarət komandası barədə geniş yazı var. Bundan başqa, yaxında 2-ci dəfə ayın ən yaxşı futbolçusu seçilən braziliyalı Flavinyonun müsahibəsi, əməkdar jurnalist Ələkbər Abbasovun "Neftyanik" adı necə dəyişdirilib "Neftçi" oldu?" yazısı və "Neftçi"nin doğma həkimi, bir müddət sonra komandaya qayıdan Boris Xetaqurovun müsahibəsi də ikinci hissədədir.
Əlavə vaxt da rəngarəng məqalələrlə oxucuların görüşünə gəlib. Burada "Flaqman" Azad Azarkeşlər Qrupunun rəhbəri Ceyhun Bədəlzadənin müsahibəsi, Ruslan Abışovun bu yaxınlarda klipə çəkilməsi barədə yazı yer alıb. Rəsmi jurnalında çempionluğa daha da yaxınlaşan komandanın son görüşlərindən rəngarəng fotolar da əksini tapıb. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yığılıb, çapa hazırlanan jurnala poster və DVD-disk də əlavə olunub.

0
0