“Real” – “Barselona” oyununun baş hakimi AFFA-nın dəvətlilərindən zəifdir
25.04.2011 - 17:34
Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Real” – “Barselona” oyununa almaniyalı Volfqanq Ştarkın baş hakim təyin edilməsi müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, aprelin 27-də Madriddəki görüşü idarə edəcək Ştark Bundesliqada ən pis referi sayılır. Bunu Almaniyanın ən tanınmış nəşri olan “Kikker” jurnalı müəyyənləşdirib. O, Bundesliqada iştirak edən 286 futbolçu arasında sorğu keçirib. Bunun yekunu ilə Ştark çempionatın ən bərbad hakimi adlandırılıb.
Qeyd edək ki, 2007/08 mövsümündə AFFA-nın dəvəti ilə bir sıra almaniyalı hakimlər çempionat və kubok oyunlarımızı idarə edib. Sorğu bu sırada olmayan Ştarkın Bakıya idarəçilik etməyə gələn həmyerlilərindən zəif olduğunu göstərir.

0
0