Futbolçu özünü 36-cı mərtəbədən yerə atdı
26.04.2011 - 08:44
Futbolçu özünü 36-cı mərtəbədən yerə atdı
Honkonqun ən tanınmış futbolçularından olan Çen Say Xo intihar edib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı oyunçu 36-cı mərtəbədə olan evinin pəncərəsindən özünü yerə atıb. Polisin məlumatına görə, həyat yoldaşı ilə mübahisəyə səbəb pulların bölünməsi olub.

Honkonq yığmasının baş məşqçisi Tsan Vay-Çun mərhumun meydanı əla gördüyünü bildirib: “Çen oyunu əla oxuyurdu. Perspektivdə pis məşqçi olmayacaqdır. Onun ölümü futbol ictimaiyyəti üçün ciddi itki sayılır”.

Qeyd edək ki, 2003-cü ölkəsinin çempionatının ən dəyərli futbolçusu adlandırılar Xo bundan 5 il sonra karyerasını bitirib. Bir vaxtlar ona dünya rekordu məxsus olub. Belə ki, Çen 1993-cü ildə gənclər yığmasının heyətində dünya futbolu tarixində ən erkən qollardan birinin müəllifi olub. O, Böyük Britaniya komandası ilə Portsmut Kuboku uğrunda oyunda artıq 2,8-ci saniyədə fərqlənib.