Azərbaycan yığması “Prezident kuboku”na qələbə ilə başladı - YENİLƏNİB
26.04.2011 - 13:54
Bu gün Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku” beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yarışa qələbə ilə başlayıb.
Təbriz Həsənovun yetirmələri turnirdəki ilk oyununda İran yığması ilə görüşüblər. Komandamız bu matçda 2:1 hesabı ilə qalib gəlib. 12-ci dəqiqədə hesabı açan futbolçularımız 19 dəqiqə sonra iranlıların bərabərlik qoluna üzülüb. Lakin hakimin final fitinə 7 dəqiqə qalmış, matçın 73-cü dəqiqəsində millimiz qələbə topunu vura bilib. Yığmamızın heyətində Qurbanəli Əliyev və Orxan Əliyev fərqlənib
Qeyd edək ki, turnirin açılış oyununda Ukrayna Türkiyəni 2:1, Gürcüstan Ermənistanı 5:3 hesabı ilə məğlub edib.

0
0