Tarixə düşəcək görüş: “İnter”lə AZAL bir-birinə ən ağır zərbəni vurub
26.04.2011 - 11:05
Bakının “İnter” və AZAL klublarının Azərbaycan kubokunda sabahkı ilk yarımfinal oyunu tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, xeyli müddətdir ev oyunlarını eyni stadionunda – “Şəfa”da keçirən paytaxt təmsilçiləri 19-cu dəfə keçirilən turnirdə ilk dəfə görüşəcəklər. “İnter”-in AZAL hələ “Olimpik”, “Olimpik-Şüvəlan” adlanan dövrdə də onunla kubokda yolları kəsişməyib. Ancaq çempionatda indiyə kimi 13 görüş olub ki, onların balansı “İnter”in xeyrinədir. Belə ki, “bankirlər” 4, AZAL 3 dəfə qalib gəlib, 6 oyun isə bərabərliklə nəticələnib. Ancaq “təyyarəçilər” top fərqində üstünlüyə malikdir – 12:9. Bu da Nazim Süleymanovun çalışdırdığı komandanın cari mövsümdə “İnter”i 5:0 hesabı ilə darmadağın edərək, rəqibinə tarixində ən böyük hesablı məğlubiyyət yaşatmasıdır. “Bankirlər” artıq 1 ildir rəqibini yenə bilmir ki, bu müddətdə 3 oyun keçirilib.
Əslində “İnter” də rəqibinin tarixinə düşə bilib. Məsələ ondadır ki, komanda “Olimpik” adlanan dövrdə - 2007/08 mövsümündə lider olaraq, çempionluğu qazanmağa yaxın olduğu vaxtda 1 il çempionatda uduzmurdu. Məhz “İnter” “Şəfa” stadionunda 2:0 hesabı ilə qalib gəlməklə, buna son qoydu. Tale elə gətirdi ki, həmin vaxt çempionluğu məhz “İnter” qazandı. “Olimpik”ə isə son turda “Qarabağ”la ev oyununda 1 xal bəs etdiyi halda, uduzaraq, 2-ci yeri tutması ilə barışmalı oldu. “Təyyarəçilər”in kolleksiyasında həmin gümüş medaldan savayı mükafat olmadığı halda, “bankirlər” 2 dəfə qızıl, 1 dəfə gümüş medal qazanıb. Kuboka gəlincə, rəqiblər bunu qazana bilməyiblər. AZAL-ın ən böyük uğuru elə bu mərhələ çıxmağıdırsa, “İnter” 3 dəfə finala çıxaraq, hamısında uduzub.
“İnter” və AZAL klubları arasında keçirilən oyunlar
2005/06 mövsümü
“Olimpik” – “İnter” – 0:0
“İnter” – “Olimpik” – 1:0
2006/07 mövsümü
“İnter” – “Olimpik” – 0:0
“Olimpik” – “İnter” – 1:0
2007/08 mövsümü
“Olimpik” – “İnter” – 1:0
“İnter” – “Olimpik” – 2:0
2008/09 mövsümü
“Olimpik” – “İnter” – 1:1
“İnter” – “Olimpik” – 1:0
2009/10 mövsümü
“İnter” – “Olimpik-Şüvəlan” – 2:2
“Olimpik-Şüvəlan” – “İnter” – 0:1
2010/11 mövsümü
Təsnifat mərhələsi
AZAL – “İnter” – 5:0
“İnter” – AZAL – 1:1
Final mərhələsi
AZAL – “İnter” – 1:0
Mehman SÜLEYMANOV

0
0