“Beşiktaş” aqressivlik edən Nihat Kahveçini qovur
26.04.2011 - 11:32
“Beşiktaş” klubu böyük ümidlərlə heyətinə qaytardığı Nihat Kahveçini qovur. Apasport.az saytının məlumatına görə, onsuz da fayda verməyərək, daha çox ehtiyatda qalan Türkiyə milli komandasının 32 yaşlı hücumçusu son hərəkəti ilə “Qara Qartallar”ın rəhbərliyinin səbir kasasını daşdırıb. “Konyaspor”la 1:1 hesabı ilə bərabərliyə qaldıqları oyunda Nobrenin yerinə meydana daxil olan Nihat aqressiv hərəkətləri ilə diqqət mərkəzinə düşüb. İki epizodda komanda yoldaşı Rikardo Kuaresmaya ötürmə verməyən Kahveçi portuqaliyalının narazılığını ağır cavablandırıb. Kuaresmanın üstünə hücum edən türkiyəlini komanda yoldaşları Simao, Necip və Fernandes güclə sakitləşdirə biliblər.
Ancaq xoşagəlməz olay bununla bitməyib. Belə ki, komandanın avtobusuna minməmişdən öcə jurnalist Turqay Dəmiri yaxalayan Nihat onunla da dalaşaraq, ünvanına ağır sözlər işlədib: “Sən kimsən? Sənin üzündən insanlar mənə düşmən oldu. Evimə oğrular gəldi. Sürətli hədə-qorxu alıram”. O, Dəmirin də üzərinə cumub və araya girənlər insidenti yatırıblar.
Kahveçinin bu kobudluqlarına “Beşiktaş”ın rəsmisi Sərdar Adalı sərt münasibət bildirib: “İndi 4 oyunumuz qalıb. Gərək olan ediləcək. Nihat “Beşiktaş”dan göndəriləcək”.
Qeyd edək ki, futbolçu “Beşiktaş”la illik 3 milyon avroluq müqavilə imzalayıb.

0
0