“Qalatasaray”ın legioneri getməyə qərar verdi
26.04.2011 - 13:18
“Qalatasaray”ın legioneri getməyə qərar verdi
Avstraliya yığmasının futbolçusu Lukas Neyl “Qalatasaray” klubundan getməyi qərara alıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi yayda “Cim Bom”la müqaviləsi bitəndən sonra vətəninə dönəcək. Ötən ilin yanvarında “Everton”dan gələn Lukas 1,5 illik müqavilə bağlamış və 37 oyunda 1 qol vurub. Neyl “Qalatasaray” üçün ən uğursuz olan mövsümü erkən bitirməli oldu. Bu da onun son oyunların birində qasıq nahiyəsindən zədə alması ilə bağlıdır. Lukas 12-ci yerdə gedən komandası ilə yollarını ayıraraq, vətənə qayıtmağa ümidlidir.
Qeyd edək ki, “Qalatasaray”ın Avstraliya yığmasının üzvü olan digər futbolçusu – sol cinah yarımmüdafiəçisi Harri Kyuell də yayda müqaviləsi bitəndən sonra gedəcək.