Kaxa Kaladze “Bakı”nın sabiq futbolçusuna görə söz verdi
26.04.2011 - 13:04
Kaxa Kaladze “Bakı”nın sabiq futbolçusuna görə söz verdi
Gürcüstan milli komandasının sabiq kapitanı Kaxa Kaladze növbəti dəfə “Bakı” klubunun sabiq futbolçusu Georgi Demetradzenin müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, uzun illər “Milan”da oynamış, hazırda İtaliyanın digər təmsilçisi “Cenoa”nın şərəfini qoruyan 33 yaşlı müdafiəçi həmyerlisi, uzun illər yığmada birgə oynadığı Demetradzenin həbs olunmasını haqsızlıq sayır.
Kaladze Gürcüstandakı hakimiyyəti Stalin rejimi ilə müqayisə edib: “Demetradzenin həbsi Gürcüstanda 1937-ci ilin hadisələrin təkrarlandığını göstərir. Xalq kasıbçılıqda yaşayır, məhkəmə sistemi göz qabağındadır. Pentensiar sistemində vəziyyət ağırdır. Vətəndaşlıq cəmiyyəti praktiki olaraq mövcud deyil. Gürcüstanda biznes pis, asılı vəziyyətdədir. Mən Georginin azad olunması uğrunda mübarizəmi davam etdirəcəyimə söz verirəm”.
Qeyd edək ki, 2008/09 mövsümündə “Bakı”nın heyətində Azərbaycan çempionu olan 35 yaşlı gürcü hücumçu ötən il həbs olunub. Demetradze totalizatorda qanunsuz işlərə görə 6 illik azadlıqdan məhrum edilib.