“Mançester Yunayted” finalın 2 addımlığında
27.04.2011 - 00:33
Bu gün Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin startı verilib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Şalke” klubu Avropanın ən nüfuzlu turnirində növbəti sürprizə imza ata bilməyib. “Mançester Yunayted” səfərdə gözlənilən qələbəni qazanaraq, 3 dəqiqəyə oyunun taleyini həll edib və finala demək olar çıxıb. Hər halda, evdə nadir hallarda uduzan komandanın Bundesliqanın ortababına öz meydanında böyük hesabla yeniləcəyi real görünmür. İndi “Şalke” tarixində ilk dəfə ÇL-in finala çıxmaq üçün Mançesterdə 3 top fərqi ilə qalib gəlməlidir. Düzdür, almanlar ötən mərhələdə turnirin son qalibi olan “İnter”i İtaliyada məhz belə məğlub etmişdi (5:2). “Şalke” bunun təsadüf olmadığını İngiltərədə göstərməlidir.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 4-də keçiriləcək.
26 aprel
"Şalke" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar: Giqqz, 67, Runi, 69
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 4-də keçiriləcək.
26 aprel
"Şalke" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar: Giqqz, 67, Runi, 69
0
0