“Barselona” üçün 2 şad, 1 bəd xəbər
26.04.2011 - 14:20
“Barselona” üçün 2 şad, 1 bəd xəbər
“Barselona” Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la sabahkı oyun öncəsi heyətlə bağlı daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi Maksvel də Madriddəki derbidə meydana çıxa bilməyəcək. Buna səbəb sol cinah müdafiəçisinin Primeronun son turunda evdə “Osasuna”ya 2:0 hesabı ilə qalib gəldikləri ev oyununda qasıq nahiyəsindən zədə almasıdır. Bununla da “Barselona”nın baş məşqçisi Xosep Qvardiolanın sərəncamında sol müdafiəçisi qalmayıb. Erik Abidalla Adriano sağlıq durumlarındakı problemlərə görə cari mövsümdə bir daha oynamayacaqlar.

Kataloniyalılar üçün şad xəbər digər müdafiəçiləri – kapitan Karles Puyolla Qabriel Militonun sağalaraq, “Santyaqu Bernabeu”dakı görüşdə iştirak edə bilmələridir. Qvardiola dayaq yarımmüdafiəçiləri olan Serxio Busketslə Xavyer Maskeranodan birini məcburiyyətdən müdafiədə oynatmalı olacaq.