Azərbaycan çempionu həbsxanada sui-qəsdə cəhd etdi
26.04.2011 - 14:57
Azərbaycan çempionu olan gürcü futbolçu Georgi Demetradze sui-qəsdə cəhd edib. Apasport.az saytının məlumatına görə, ötən il tutulan “Bakı” klubunun sabiq hücumçusu həbsxanadakı xəstəxanaya köçürülməsi üçün özünü yaralamaq istəyib. Karserə düşən Demetradze orada dözülməz şəraitə özünə xəsarət yetirməyə çalışıb.
Georgi karserə ucadan güldüyünə görə 5 sutkalıq düşdüyünü bildirib: “Faktiki olaraq bütün günü ayaq üstə durmalı oldum. Orada iti küncü olan tas vardı. Özümə xətər yetirmək üçün bir neçə dəfə ora özümü sürtdüm. Konvoyun məni həbsxana xəstəxanasına köçürməsini istədim. Mən özümü günahsız sayıram”.
Qeyd edək ki, Demetradze Gürcüstanın yüksək liqasının təmsilçisi olan Sxinvalinin “Spartak” klubunda oynadığı zamanı gizli totalizator işlərində pul qopardığına görə 6 illiyə həbs olunub. Karyerası boyu müxtəlif ölkələrdə, o cümlədən İspaniya, Hollandiya kimi güclü çempionatlarda oynayan Georgi yığmada 56 oyunda 12 qol vurub. 35 yaşlı hücumçu 2008/09 mövsümündə “Bakı”nın heyətində çempionluq qazanıb və 1 illik çıxışını bitirdikdən sonra komandaya lazım olmayıb.

0
0