AZAL – “Neftçi” görüşü gec başlayacaq
26.04.2011 - 14:34
AZAL – “Neftçi” görüşü gec başlayacaq
Azərbaycan Premyer Liqasının XXIX turunun oyunlarının başlama saatı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Gəncədə start veriləcək tura Şüvəlanda yekun vurulacaq. Özü də uzun fasilədən sonra çempionatımızda belə gec saatda oyun başlayacaq. Bu, saat 20:00-da başlayacaq AZAL – “Neftçi” qarşılaşmasıdır.

30 aprel (şənbə)

14:00. “Gəncə” - MOİK
Gəncə şəhər stadionu.

16:00. “Simurq” – “Qəbələ”
Zaqatala şəhər stadionu.

18:00. “İnter” – “Xəzər Lənkəran”
“Şəfa” stadionu.

1 may (bazar)

16:00. “Qarabağ” – “Bakı”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

16:00. “Turan” – “Muğan”
Tovuz şəhər stadionu.

20:00. AZAL – “Neftçi”
Şüvəlan qəsəbəsi, “AZAL” stadionu.

Mənbə: pfl.az