Həm qol buraxdı, həm də döyüldü
26.04.2011 - 15:52
İngiltərə çempionatının hesabat turunda xoşagəlməz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, IV divizionda mübarizə aparan komandalar arasında qarşılaşma qalmaqalla nəticələnib. Bu, “Çesterfild” – “Beri” matçında yaşanıb.
Meydan sahiblərinin vurduğu qollardan birindən sonra yerli azarkeşlərdən bir neçəsi meydana şığıyıb. Fanatlardan biri qonaqların qapıçısı Kemeron Belforda yaxınlaşaraq onun sifətinə bir yumruq ilişdirib. Özünü yetirən polis əməkdaşları xuliqanları həbs edib.
Qeyd edək ki, IV divizionunun liderlərinin görüşünü 9 min azarkeş izləyib. Bu, Azərbaycan Premyer Liqasının nadir matçlarında qeydə alınan rəqəmdir.

0
0