Rəşad Sadiqov: Etiraf etmək lazımdır ki, çempionluq şansımız qalmayıb
26.04.2011 - 15:22
“Həmin epizodda yerə çox pis düşdüm. Çiynimlə bərabər başım da yerə dəydi. Öncə başm hərləndi, sonra çiyinimin ağrıdığını hiss etdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın kapitanı Rəşad Sadiqov klubunun rəsmi saytına açıqlamasında deyib. Premyer Liqamızın ötən turunda “İnter”lə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən görüşdə 76-cı dəqiqədə penalti qazanan Rəşad komandasının qələbə topunu vurmasına imkan yaratdı. Ancaq bu, Sadiqova zədə bahasına başa gəldi və o, oyunu davam etdirə bilmədiyindən, əvəzlənməli oldu: “Ayağa duranda belimin də ağrıdığını gördüm. İndi də belimdə ağrılarım davam edir. Sabahdan məşqlərə başlayacağıq. Amma deyə bilmərəm ki, sabah məşqə çıxa biləcəm ya yox. Belə baxanda konkret bir zədəm yoxdu. Amma əzginlik var”.
“İnter”lə oyun haqda da fikirlərini bildirən Sadiqov matçın çətin olacağını bildiklərini söyləyib: “Düzdü, “bankirlər”lə son 3 oyunda qələbə qazanmışıq. Amma bu oyunlarda hədsiz dərəcədə çox qüvvə sərf etmişik. Əsas odur ki, 90 dəqiqə ərzində dayanmadıq. Daim axtarışdaydıq. Penaltiyə qədər də fərqlənmə imkanlarımız olmuşdu. Amma bu qol və 3 xal bizə faydalı oldu. Etiraf etmək lazımdı ki, axırıncı turdan sonra çempionluq şansları demək olarki qalmayıb. İndi “Xəzər-Lənkəran”la 2-ci yer uğrunda mübarizə aparmalıyıq”.

0
0