“Neftçi” məhbuslarla yoldaşlıq görüşü keçirdi - FOTO
26.04.2011 - 15:15
Bu gün Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhbuslarla “Neftçi” klubunun veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma 4:2 hesabı ilə “ağ-qaraların” veteranlarının xeyrinə başa çatıb.
Oyundan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qalib komandaya kubok, Penitensiar Xidmətin rəisi Mədət Quliyev və AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə məhbuslardan ibarət komandaya AFFA-nın hədiyyəsi olan topları təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.

0
0