Şeferi ölümlə hədələdilər
26.04.2011 - 16:14
Almaniyanın “Köln” klubunun baş məşqçisi Frank Şeferi ölümlə hədələyiblər. Apasport.az saytının məlumatına görə, komandanın azarkeşləri Bundesliqanın son turunda “Volfsburq”a böyük hesabla məğlubiyyətə (1:4) kəskin reaksiya nümayiş etdiriblər.
“Köln”ün fanatları klubun məşq bazasına üzərində “Əgər aşağı düşsən, səni öldürəcəyik” banneri gətiriblər.
Mövsümün sonunda postundan gedəcək Şefer etiraf edib ki, bu reaksiyanı anlamır və azarkeşlərin hədə-qorxusundan şoka düşüb: “Bunun futbol, yaxud tənqidlə heç bir əlaqəsi yoxdur. Bu, destruktiv hərəkətdir, qurşaqdan aşağı zərbədir”.
“Kön”un kapitanı olan Almaniya yığmasının hücumçusu Lukas Podolski bu aksiyanın mənasız olduğunu bildirib: “Məyus olmaq mümkündür, ancaq belə hərəkətlərlə heç nəyə nail ola bilməzsən. Bunu edən insanları fanat adlandırmaq olmaz”.
Qeyd edək ki, 14-cü pillədə olan “Köln”ü aşağı düşməkdən 3 xal geri qalır.

0
0