UEFA Bakıda oynamış futbolçunu 20 min avro cərimələdi
26.04.2011 - 17:27
UEFA İspaniyanın “Vilyarreal” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu komandanın Avroliqada Hollandiyanın “Tvente” klubuna evdə 5:1 hesabı ilə qalib gəldiyi ilk ¼ final oyununda qəsdən sarı vərəqə alan 2 futbolçusuna görə 60 min avro cərimələyib. Bunlar aprelin 7-də keçirilən görüşdə bilərəkdən sarı vərəqə alaraq, cəzalı duruma düşən ispaniyalı yarımmüdafiəçi Santyaqo Kazorla ilə braziliyalı hücumçu Nilmardır.
Belə inamlı qələbədən sonra cavab görüşü daha çox formal xarakter daşıdığından, həmin futbolçular vərəqə limitini dolduraraq, yarımfinalda Portuqaliyanın “Portu” klubu ilə ilk görüşdə meydana çıxa biləcəklər. Ancaq bu, onlara UEFA-nın hərəyə 20 min avroluq cərimə bahasına başa gəlib. İspanlar aprelin 28-də “Portu ilə ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, Kazorla 2009-cu ilin iyunun 9-da İspaniya yığmasının millimizi Bakıda 6:0 hesabı ilə məğlub etdiyi yoldaşlıq görüşündə oynayıb.

0
0