Jaba: “Bakı”da problemlər var!
26.04.2011 - 23:01
“Xəzər Lənkəran”la oyuna hazırıq. Hər gün vitse-prezident Zeynal Məmmədov və baş məşqçi Aleksandr Starkov oyunla bağlı futbolçularla müəyyən söhbətlər aparırlar. Çətin qarşılaşma olacağını bilirik. Ancaq bu gün fərqli oyunun şahidi olacaqsınız”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.
Artıq çempionatda medal qazanmaq şansını itirən “Bakı” Premyer Liqadan Avropa Liqasına vəsiqə qazanmaq ümidinin üzərindən xətt çəkib. İlk “altılıq”da keçirdiyi oyunların heç birində qələbə qazana bilməyən paytaxt təmsilçisi qitə miqyaslı yarışlara qatılmaq üçün gözünü ölkə kubokuna dikib.
“Zolqalılar” yalnız kuboku qazanmaqla bu şansa sahib ola biləcəklər. Bu da faktdır ki, Aleksandr Starkovun yetirmələrini həlledici matça gedən yolda çətin rəqib gözləyir. Lakin braziliyalı legioner bundan çəkinmədiklərini vurğulayıb: “Mən hər oyunda üzərimə düşəni edirəm. Yəni qaçıram, mübarizə aparıram. Ancaq müəyyən problemlərin olduğu danılmazdır. Bu haqda nəsə demək istəmirəm. Bütün bunlara rəğmən, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq”.
Əksər mütəxəssislər “Bakı”nın müdafiə xəttinin zəif təsir bağışladığını qabartsalar da, Jaba komanda yoldaşları barədə danışmaq istəmədi: “Müdafiə xəttinin zəif olması barədə nəsə deyə bilmərəm. Mənim işim meydanda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Hansı mövqeyin zəif və ya güclü olduğunu o deyə bilər. Ancaq müəyyən problemlər var”.
Jaba oyunla bağlı proqnoz verməkdən də çəkinmədi: “Məncə, 1:0 hesabı ilə qələbə qazanacağıq. 1:1 hesablı heç-heçə də pis nəticə deyil”.

0
0