Elnur Abdullayev: Bizim şansımız göz qabağındadır
26.04.2011 - 23:03
“Çempionluqla bağlı bizim şansımız göz qabağındadır. Biz gərək “Neftçi”nin 2 oyunda məğlub olmasını gözləyək. Reallığı nəzərə alsaq, bu hardasa 70-in 30-dır. Ona görə də üstünlüyü kuboka vermişik”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayev deyib.
Cənub təmsilçisi ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında bu gün doğma meydanda “Bakı” ilə qarşılaşacaq. Mövsümü titulla qapamaq istəyən “ağ-yaşıllar” ilk oyunda yaxşı nəticəyə ümid edir: “AZAL-la çempionat oyununda tilsimi sındırdıq. Həm yaxşı oynadıq, həm də böyük hesablı qələbə qazandıq. Bunun davamını gətirmək istəyirik”.
Qışda Lənkəran təmsilçisinin sıralarına qatılmasına baxmayaraq, baş məşqçi Mirça Rednikin ən çox güvəndiyi futbolçulardan olan Elnur rəqibin heyətində fərqləndirməyə ehtiyac duyduğu oyunçuların olduğunu qeyd edib: “Rəqib yaxşı komandadır. Bu ilki nəticələri yaxşı olmasa da, heyətlərində fərdi ustalıq səviyyəsinə görə fərqlənən futbolçular var. Jaba, Soliç kimi futbolçular komandanı arxasınca aparmağı bacarır”.
Rəqibi təhlükəli sayan yarımmüdafiəçi onların zəif nöqtələri haqda da danışıb. Abdullayevin fikrincə, paytaxt təmsilçisi müdafiə xəttində tez-tez səhvlər edir: “Onların hücum xətti güclüdür. Təhlükəli epizodlar yarada bilirlər. Qapıçıları da pis deyil. Ancaq müdafiədə boşluqlar buraxırlar. Bundan mütləq istifadə etməliyik. Yəqin ki, baş məşqçi müəyyən taktiki dəyişikliklər də edəcək”.
Elnur doğma meydanda azarkeş amilindən yararlanmağın vacib olduğunu vurğulayıb: “Lənkəranda oynadığımız üçün üstünlük tərəfimizdədir. Azarkeş amilindən istifadə etməliyik. Yəni, ilk oyunda yaxşı nəticə qazanıb, paytaxta rahat yollanmalıyıq”.

0
0