AZAL hücumçusunu qovdu - FOTO
26.04.2011 - 21:48
AZAL hücumçusunu qovdu - FOTO
AZAL futbol klubu belaruslu legioner Gennadi Bliznyuk haqda qərar çıxarıb. Apasport.az saytının xəbərinə görə, komanda rəhbərliyi 31 yaşlı futbolçunu heyətdən kənarlaşdırıb.

Komandanın daxili nizam-intizam qaydalarını pozduğu üçün Bliznyukdan hesabat tələb edən rəhbərlik sonda onun qovulmasına üstünlük veriblər.

Xatırladaq ki, içkiyə hədsiz meylli olan Bliznyuk bir neçə gün klubun düşərgəsindən ayrı düşmüşdü. Onun AZAL-la hələ 1 il müqaviləsi qalmışdı.