Qvardioladan sərt cavab: Mourinyodan mənə heç nə lazım deyil
27.04.2011 - 08:36
İspaniyanın əzəli rəqibləri olan “Real”la “Barselona” klublarının baş məşqçiləri arasında söz davası davam edir. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Xosep Qvardiola ona “ilişən” portuqaliyalı həmkarı Joze Mourinyonun cavabını verib. Özü də ispaniyalı çalışdırıcı bunu sərt formada edib.
Mourinyo Qvardiolanın komandaların əvvəlki oyununun baş hakiminə tənqidinə istehza ilə yanaşmışdı. “Barselona”nın çalışdırıcı birbaşa Mourinyoya müraciət etmək istədiyini bildirib: “Komandalar meydana çıxanda görəcəyik ki, kim güclüdür. Mourinyonun mətbuat konfranslarında çoxsaylı sözləri ilə yarışmaq istəmirəm. Burada o, qalibdir, rəhbərdir, hamının sevimlisidir. Ancaq həqiqətən kimin güclü olduğunu oyun göstərəcək. Məşqçi Mourinyodan çox şey götürmək istəyirəm, ancaq insan Mourinyodan mənə heç nə lazım deyil. Əgər “Real” irəli getsə, bu, onların bizdən yaxşı futbol göstərə bildiklərinə görədir. İspaniya çempionluğunu qazansaq, bu, bütün mövsüm boyu madridlilərdən güclü olduğumuza görədir. “Real” çox güclü heyətə malikdir və evdə oynayacaq. Ancaq biz müdafiədə oturmaq fikrində deyilik”.
Qeyd edək ki, “El Klassiko”nun iştirakçıları bu gün Çempionlar Liqasının ilk yarımfinal oyununda Madriddə görüşəcəklər.

0
0