Məşqçilər, jurnalistlərlə rəftar etməyi öyrənin!
27.04.2011 - 08:44
Danimarkanın “Randers” klubunun baş məşqçisi Ove Kristensen istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, buna onun jurnalistlə rəftarı səbəb olub. Mütəxəssis ondan müsahibə götürmək istəyən jurnalisti itələyib.
Bu hadisə Danimarka çempionatının “Brondbü” ilə görüşündən sonra baş verib. “Randers”in 0:4 hesabı ilə uduzmasından sonra həmkarlarımızdan biri Kristensenə yaxınlaşıb və darmadağından sonra istefa verib-verməməyi ilə bağlı açıqlama almağa cəhd edib.
Axmaq suallara cavab verməyəcəyini bildirən məşqçi jurnalisti önündən itələyərək hadisə yerindən kənarlaşıb. Komandanın uğursuz nəticələrindən narazı olan klub rəhbərliyi Kristensenin belə hərəkətindən sonra onu qovmağa qərar verib.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0