İnyesta “Real”la oyunda meydana çıxmayacaq
27.04.2011 - 08:57
“Barselona” klubu Çempionlar Liqasının yarımfinalında Madrid “Real”ı ilə ilk oyun öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, kataloniyalıların liderlərindən olan Andreas İnyesta bugünkü səfər görüşündə iştirak etməyəcək. İnyestanın əzələlərində problem aşkara çıxıb.
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola aparıcı yarımmüdafiəçisinin oynamayacağı təsdiqləyib: “İnyesta “Real”la ilk matçda oynamayacaq. Bu, yüz faizdir”.
Qeyd edək ki, son vaxtlar zədə üzündən “Real”la görüşlərdə tam heyətlə oynaya bilməyən “Barselona”da Adriano, Erik Abidal, Maksvell bu gün meydana çıxmayacaq. Kapitan Karles Puyolla Qabriel Milito də son vaxtlar zədədən əziyyət çəksələr də, onların sağalaraq, oynaya biləcəkləri deyilir.

0
0