Azərbaycanlı futbolçu Feliks Maqatla birgə çalışacağına şübhə ilə yanaşır
27.04.2011 - 09:22
Azərbaycanlı futbolçu Aleksandr Səmədov tanınmış almaniyalı məşqçi Feliks Maqatla mümkün işbirliyinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, Səmədov oynadığı Moskvanın “Dinamo” klubunda Miodraq Bojoviçin qovulmasından sonra baş məşqçi postuna Maqatın gətirilməsinə şübhə ilə yanaşır: “Maqat yaxında “Volfsburq”un sükanı arxasına keçib. O, həmin komandaya niyə gəlib? Komandanı götürüb, mövsümün sonunda atmaq üçün? Doğrudanmı “Volfsburq” Bundesliqada yerini qorusa, məşqçi oradan gedəcək? Üstəlik, mən eşitmişəm ki, Maqatın ailəsi, kiçik övladları Münhendə yaşayır. Kimi təyin edirlər, etsinlər, fərqi yoxdur. Onsuz da bizdən soruşmayacaqlar”.
0
0