Azərbaycan yığması “Prezident kuboku”nda ikinci qələbəsini qazandı – YENİLƏNİB
27.04.2011 - 18:45
Bu gün Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku”nda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk turda İran yığmasını 2:1 hesabı ilə məğlub edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti qarşılaşmasına çıxıb.
Təbriz Həsənovun yetirmələri qazaxıstanlı həmyaşıdlarını sınağa çəkiblər. Oyun yığmamızın qələbəsi ilə yekunlaşıb. Düzdür, 43 dəqiqəyə 2:0 hesabı ilə önə keçən futbolçularımız 64 və 70-ci dəqiqələrdə qapılarında qol görüblər. Lakin bundan sonra ruhdan düşməyən millimiz qələbə topunu vurmağı bacarıb. Görüşün başa çatmasına 2 dəqiqə qalmış Təbriz Həsənovun yetirmələri rəqibi bir daha cəzalandıraraq, ev sahiblərini 3:2 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, futbolçularımızın İranı məğlub etdiyi ilk oyun günündə Qazaxıstan Özbəkistanla “sülh” bağlamışdı – 1:1.
Azərbaycan - Qazaxıstan - 3:2

0
0