“Mançester Yunayted”dən görünməmiş rekord
27.04.2011 - 09:55
“Mançester Yunayted” Çempionlar Liqasının mütləq rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Aleks Ferqyussonun yetirmələri Almaniyada “Şalke” ilə səfər matçında qol buraxmamaqla (2:0), heç kimin bacarmadığı nailiyyətə imza atıblar.
Belə ki, Mançester təmsilçisi Çempionlar Liqasının cari mövsümü ərzində səfərdə qapısından qol buraxmayıb. Qarşıda “Şalke” ilə ev oyunu olan ingilislər finala çıxacağı halda, neytral meydanda oynayacaq. Bu isə o deməkdir ki, onlar üçün mövsümün səfər qarşılaşmaları başa çatıb. 6 belə oyun keçirən “Mançester Yunayted” Çempionlar Liqası tarixində “ilk”ə imza atıb.
Qeyd edək ki, mançesterlilər sonuncu dəfə 384 gün əvvəl səfərdə qol buraxıb. Həmin vaxt Almaniya “Bavariya”sının xorvat hücumçusu İvitsa Oliç qol sevinci yaşamışdı.

0
0