“Şəfa”da heç-heçə, Lənkəranda 1 qol
27.04.2011 - 19:21
Bu gün NBC Bank Azərbaycan kubokunda ilk yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 2 oyuna cəmi 1 qolun vurulması birinci görüşlərdə qeyri-məhsuldarlığının göstəricisi oldu. “Xəzər Lənkəran” cəzalı rumıniyalı baş məşqçisi Mirça Rednikin yoxluğunda “Bakı”nı evdə minimal hesabla yendi. Bununla da bakılıların latviyalı baş məşqçisi Aleksandr Starkov Azərbaycan kubokunda ilk məğlubiyyətini aldı. Bu, elə “Bakı”nın da 4-cü matçına çıxdığı turnirin cari mövsümündə ilk yenilgisi oldu. Avrokuboklara vəsiqə qazanmaq üçün ölkə kubokunu qazanmalı olan “zolaqlılar”ın finala vəsiqəsi evdə 2 top fərqli qələbədən keçir.
“Şəfa” stadionunda keçirilən görüşdə isə nə qol vuruldu, nə də qalib müəyyənləşdi. Nəticədə “İnter” AZAL-la cari mövsümdə 4-cü oyunda da qalib gələ bilmədi. İndi bu cütdə finala vəsiqənin sahibi Şüvəlanda yeni istifadəyə verilən stadionda müəyyənləşəcək. Son çempion olan “bankirlər”i həlledici görüşə istənilən qollu heç-heçə də çıxaracaq.
Qeyd edək ki, cavab yarımfinal oyunları mayın 4-də keçiriləcək.
27 aprel
“İnter” – AZAL - 0:0
Hakimlər: Elçin Məmmədov, Munis Abdullayev, Yaşar Abbasov, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu
“Xəzər Lənkəran” – “Bakı”1:0
QOL: Uinston Parks, 28
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Mehman Mahmudov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu

0
0