Dur, Vaqif!
27.04.2011 - 11:29
Azərbaycan millisinin Avro-2012-də keçirəcəyi ən vacib oyunlardan birinə ay yarımdan da az vaxt qalıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələrinin qrup sonuncusu olmamaq üçün apardığı mübarizədə əsas rəqib Qazaxıstandır. Bu rəqiblə ilk görüşümüz iyunun 3-də baş tutacaq. Həmin qarşılaşmada futbolçular özlərinə xas, adət etdiyimiz taktika ilə deyil, fərqli oyun göstərməlidirlər.
Söhbət bütün güclü rəqiblərlə matçlarda izlədiyimiz müdafiə futbolunun əksindən gedir. Yığmamızdan zəif olduğunu düşündüyümüz, futbolçularımızın da yuxarıdan aşağı baxıb, özlərindən aciz saydığı komandanı hücum futbolu ilə keçməliyik. Maraqlıdır, görəsən, Foqtsun əlində buna uyğun “material” varmı?
Azərbaycan futbolundakı hücumçuların qabiliyyətinə baxdıqda, adamda buna şübhə yaranır. Axı Foqtsun qol vurmaq tapşırığı verəcəyi hücumçular hazırda heç də yaxşı formada deyillər. Almaniyalı mütəxəssisin son vaxtlar güvəndiyi 4 futbolçunun Azərbaycandakı durumu da belə deməyə əsas verir.
2011-ci ildə bir neçə dəfə heyət açıqlayan Foqts yalnız Vaqif Cavadov (“Bakı”), Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Murad Hüseynovu (Qəbələ) hücum xəttində görüb. Bu oyunçuların cari mövsüm göstərdiyi məhsuldarlıq isə onlara hücumçu deməyə əsas vermir. Düzdür, 10 qol vuran Rauf bombardirlər yarışında liderlər sırasındadır. Lakin 27 oyuna 10 qol vuran hücumçuya hücumçu demək olmaz. Avropada yarımmüdafiəçilər arasında da belə məhsuldarlıq göstərən olur. Qışda milliləşən Murad Hüseynovun da məhsuldarlığı Əliyevdən çox geri qalmır. Vüqar-Vaqif tandemi isə müdafiəçilərə də həsəd apara bilər. Çünki onlar qədər qol vuran müdafiəçilərin sayı-hesabı yoxdur.
Premyer Liqadakı ümumi məhsuldarlığı 0,21 olan yığma hücumçuları orta hesabla 5 oyundan 1 qol vurur. Görəsən, Qazaxıstanla matç həmin xoşbəxt ana təsadüf edəcəkmi?
Yığma hücumçuları Premyer Liqada
Lakin Foqtsun sevimli hücumçuları 2011-ci ildə daha bərbad formadadırlar. “Dördlük” üst-üstə 5 qol vurub. İlin arxada qalan hissəsindəki məhsuldarlıq mövsümün ümumi göstəricisindən də pisdir. Futbolçularımızın ağız büzdüyü legionerlər, ölkəmizdən qovulmalı olduğunu düşündüyü gəlmələr qolları vurduğu anda yığma hücumçuları yatır. Vüqarla Vaqif bu il ümumiyyətlə qol vurmayıb. Yəqin, dovşan ili girəndə dovşan ətindən yeyib xumarlanaraq yatıblar.
Yığma hücumçuları 2011-ci ildə
Final mərhələsinin başlaması ilə hücumçularımız daha güclü rəqiblərlə oynamaq məcburiyyətində qaldı. İkinci “altılıq”da çıxış edən Murad istisna olmaqla, digərləri daha iddialı rəqiblərə qol vurmalı idi. Bu, hələ Avro-2012-nin seçmə oyunları deyil, zəif çempionatımızın həlledici qarşılaşmalarıdır. Lakin “kvartetimiz” 0,13 məhsuldarlığı göstərərək, orta hesabla 8 oyundan 1 qol vurur. Yox, belə hücumçu olmaz. Gedin, özünüzə amplua tapın. Braziliyalı qapıçı Rojerio Seni də sizdən çox qol vurur. 2011-ci il başlayanı o qədər fərqlənib ki, hətta 100-ə də çatıb. Siz hücumçular isə hələ də yatmısınız.
Yığma hücumçuları “altılıq”da
2011-ci ildə qol həsrətində olan Vaqiflə Vüqarın son qollarının tarixi də maraq doğurur. Yatmış hücumçulardan sonuncusu azacıq sayıqdır. O, ötən il dekabrın 18-də 130 gün əvvəl keçirilən “Muğan”la görüşdə qol sevinci yaşayıb. Cavadov isə qış yuxusuna qış girməmiş, oktyabrın 16-dan sonra gedib. Həmin gün MOİK-ə qol vuran hücumçu 193 gündür qol vura bilmir.

Rauf Əliyev | 27 | 10 | 0,37 |
Murad Hüseynov | 6 | 2 | 0,33 |
Vaqif Cavadov | 19 | 3 | 0,16 |
Vüqar Nadirov | 26 | 1 | 0,04 |
CƏMİ | 78 | 16 | 0,21 |
Lakin Foqtsun sevimli hücumçuları 2011-ci ildə daha bərbad formadadırlar. “Dördlük” üst-üstə 5 qol vurub. İlin arxada qalan hissəsindəki məhsuldarlıq mövsümün ümumi göstəricisindən də pisdir. Futbolçularımızın ağız büzdüyü legionerlər, ölkəmizdən qovulmalı olduğunu düşündüyü gəlmələr qolları vurduğu anda yığma hücumçuları yatır. Vüqarla Vaqif bu il ümumiyyətlə qol vurmayıb. Yəqin, dovşan ili girəndə dovşan ətindən yeyib xumarlanaraq yatıblar.
Yığma hücumçuları 2011-ci ildə
Rauf Əliyev | 9 | 3 | 0,33 |
Murad Hüseynov | 6 | 2 | 0,33 |
Vaqif Cavadov | 9 | 0 | 0,00 |
Vüqar Nadirov | 9 | 0 | 0,00 |
CƏMİ | 33 | 5 | 0,15 |
Final mərhələsinin başlaması ilə hücumçularımız daha güclü rəqiblərlə oynamaq məcburiyyətində qaldı. İkinci “altılıq”da çıxış edən Murad istisna olmaqla, digərləri daha iddialı rəqiblərə qol vurmalı idi. Bu, hələ Avro-2012-nin seçmə oyunları deyil, zəif çempionatımızın həlledici qarşılaşmalarıdır. Lakin “kvartetimiz” 0,13 məhsuldarlığı göstərərək, orta hesabla 8 oyundan 1 qol vurur. Yox, belə hücumçu olmaz. Gedin, özünüzə amplua tapın. Braziliyalı qapıçı Rojerio Seni də sizdən çox qol vurur. 2011-ci il başlayanı o qədər fərqlənib ki, hətta 100-ə də çatıb. Siz hücumçular isə hələ də yatmısınız.
Yığma hücumçuları “altılıq”da
Murad Hüseynov | 5 | 2 | 0,40 |
Rauf Əliyev | 6 | 1 | 0,17 |
Vaqif Cavadov | 6 | 0 | 0,00 |
Vüqar Nadirov | 6 | 0 | 0,00 |
CƏMİ | 23 | 3 | 0,13 |

0
0