Konfederasiyalar Kuboku üçün 4 şəhər
27.04.2011 - 13:03
2018-ci ildə Rusiyada baş tutacaq dünya çempionatının təşkilat komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, təşkilatçılar bir sıra məsələlərlə yanaşı, mundialdan 1 il əvvəl keçirilməli olan Konfederasiyalar Kuboku ilə bağlı da müzakirələr aparılıb.
Həmin yarış ənənəyə uyğun olaraq, dünya çempionatından əvvəl - 2017-ci ildə baş tutacaq. Artıq həmin turnirin qarşılaşmalarını qəbul edəcək şəhərlərin adları da dəqiqləşib. Konfederasiyalar Kubokunun qarşılaşmaları Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək.
Qeyd edək ki, yarışda 8 komanda iştirak edəcək. Təşkilatçılarla yanaşı, son dünya çempionu və 6 Konfederasiyanın (Avropa, Cənubi Amerika, Asiya, Afrika, CONCACAF və Okeaniya) çempionu turnirə qatılacaq.

0
0