Hakimi boğmaq istəyən futbolçuya ömürlük cəza
27.04.2011 - 14:33
Almaniya çempionatının aşağı dəstələrindən birində çıxış edən Əbdül-Rəzəq Olatuni ömürlük cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, qapıçının futboldan kənarlaşdırılmasına onun hakimi boğmağa cəhd etməsi səbəb olub.
Belə ki, qarşılaşmaların birində baş hakim Aleksandr Klyuqe onun qapısına vurulan qolu qeydə alıb. Ədalət təmsilçisi ilə mübahisəyə girişən Olatuni əvvəl sarı, çox çək-çevirdən sonra isə qırmızı vərəqə alıb. Bundan sonra daha da coşan qapıçı hakimin üstünə atılıb onu boğmağa başlayıb. Meydandakı digər futbolçuların köməyi ilə Klyuqe xilas ola bilib.
Qeyd edək ki, Olatuni ömürlük futboldan kənarlaşdırılmaqla yanaşı, 250 avro cərimə də ödəyəcək.

0
0