Mirça Rednik: Mənim “Xəzər Lənkəran”dan ayrılmaq fikrim yoxdur
27.04.2011 - 15:11
Mirça Rednik: Mənim “Xəzər Lənkəran”dan ayrılmaq fikrim yoxdur
“Xəzər Lənkəran”dan ayrılmaq fikrim yoxdur. Mövsümün belə bir vaxtında hər şeyi atıb, “Rapid”ə qayıtmaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik deyib.

Təcrübəli mütəxəssis Rumıniya mətbuatına açıqlamasında əvvəllər də çalışdırdığı Buxarest “Rapid”inə qayıtması ilə bağlı yayılan xəbərləri təkzib edib: “Mən “Rapid”dən heç kimlə danışıq aparmamışam. Bilin ki, bu kluba qayıtmaram. Çünki orada çalışmaq tam fərqlidir. Bir sıra amillər var ki, bunlar “Dinamo” və “Styaua” kimi köklü komandalarla rəqabət aparmağa imkan vermir. “Rapid”də hər gün belə problemlə üzləşməli olursan. Azərbaycanlılar mənə 2 illik çox sərfəli müqavilə təklif edib və mən Rumıniyaya qayıtmaq istəmirəm”.

Qeyd edək ki, Rednik 2002/03 mövsümündə “Rapid”ə Rumıniya çempionluğunu qazandırıb. Bu komandanın tarixində sonuncu qızıl medallardır.
.