Semih də “Anji”də?
27.04.2011 - 16:33
Türkiyə milli komandasının futbolçusu Semih Şəntürk karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının Dağıstan mətbuatına istinadən məlumatına görə, həmyerlimiz Vaqif Sadıqovun məşqçi işlədiyi “Anji” klubu “Fənərbaxça”nın hücumçusunu heyətinə qatmağı planlaşdırır.
Rusiyalı həmkarlarımız bu transferin komandada çıxış edən Roberto Karlosun xahişi ilə gerçəkləşəcəyini bildiriblər. Belə ki, braziliyalı ulduz “Anji”nin prezidenti Süleyman Kərimovdan Semihin Mahaçqalaya gətirilməsini xahiş edib. Komanda rəhbəri isə bunda problem olmadığını deyib. Nəticədə menecerlər danışığa başlayıblar. Onlar ilkin olaraq 2001-ci ildən “sarı bülbüllər”in şərəfini qoruyan futbolçuya illik 2,7-3,5 milyon avro maaş təklif ediblər.
Qeyd edək ki, vaxtı ilə “Fənərbaxça”da çıxış edən Karlos Kərimovdan az öncə “Korintians”da oynayan Jusileyin “Anji”yə transferini məsləhət görmüşdü və bu keçid rəsmiləşmişdi.

0
0