Ponomaryov Avropanın uğursuzları arasında
27.04.2011 - 23:04
 Ponomaryov Avropanın uğursuzları arasında
Böyük Britaniya mətbuatı Avropanın ən uğursuz futbolçularına həsr olunan yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, çıxış etdiyi komanda ilə aşağı dəstəyə yuvarlanmaq üzrə ixtisaslaşanların sırasında tanış sima da var.

Bu, Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryovdur. Artıq karyerasını bitirən futbolçu ardıcıl 3 il oynadığı komanda ilə İsveç çempionatının 1-ci dəstəsində uğursuz çıxış edib. 2007-ci ildə “Ester”, 2008-ci ildə “Degerfors”, 2009-cu ildə isə “Vasalunda” aşağı dəstəyə həmyerlimizlə birgə yuvarlanıb.

Həmkarlarımız İtaliya A seriyasının uğursuzu Fabio Pekkyanın da göstəricilərinə xüsusi yer ayırıb. Ardıcıl 5 mövsümün 4-də aşağı dəstəyə enən futbolçu 1999-2004-cü illər aralığında müxtəlif klubları “bədbəxt edib”. Bunlar “Sampdoriya”, “Torino”, “Napoli” və “Komo”dur.