Rəşad Sadıqov yenə Türkiyəyə yollandı
27.04.2011 - 16:58
Rəşad Sadıqov yenə Türkiyəyə yollandı
“Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov Türkiyəyə yollanıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın kapitanının topuğunda kəskin ağrı yaranıb.

Rəşad əvvəllər də müayinə olunduğu qardaş ölkəyə bu məqsədlə gedib. Daha öncə aldığı köhnə zədənin özünü göstərməsi onu belə addım atmağa məcbur edib. Sadıqovun taleyinə İstanbuldakı müayinədən sonra aydınlıq gələcək. Müdafiəçinin Premyer Liqanın növbəti turunda “Bakı” ilə oyunda iştirakı hələ ki sual altındadır.