“Xəzər Lənkəran” – “Bakı” matçında qeyri-adi şüar
27.04.2011 - 16:59
“Xəzər Lənkəran” – “Bakı” matçında qeyri-adi şüar
Daim qeyri-adi, hamını təəccübləndirən bannerləri ilə diqqət çəkən “Xəzər Lənkəran” azarkeşləri “Bakı” ilə ölkə kubokunun bu gün keçiriləcək yarımfinal oyununda fərqlənə bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, buna Lənkəran polisləri mane olub.

Azərbaycan futbolunun ən orijinal bannerlərinin qaldırıldığı Lənkəran stadionundakı bugünkü görüşə gələn “12-ci oyunçu” fanklubu bu dəfə də matça hazırlıqlı gəlib. Komandanı dəstəkləyən, ruhlandıran bannerlərlə yanaşı, fərqli şüar əks olunan plakat da olub.

Ölkə kubokunun finalında Ernad Skuliçin vurduğu qolu hələ də unutmayan və həmin topun “Fair Play” qaydalarına zidd olduğunu düşünən fanatlar bannerdə həmin anı xatırladıqlarını nümayiş etdiriblər: “Fair Play” qatilindən qisasımızı alaq”.

Qarşılaşmadan əvvəl arenaya təşrif buyuran lənkəranlılar bu banneri də qaldırıb. Lakin yerli asayiş keşikçiləri hakimin start fitinə qədər plakatı azarkeşlərdən ala bilib. Bu, yerli azarkeşlərin qəzəbinə səbəb olub.