Hollandiya klubu yaşyarımlıq uşaqla 10 illik müqavilə imzaladı
27.04.2011 - 18:00
 Hollandiya klubu yaşyarımlıq uşaqla 10 illik müqavilə imzaladı
Hollandiya futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yüksək liqada oynayan “Venlo” klubu yaşyarımlıq uşaqla müqavilə bağlayıb.

Berke van der Mey adlı həmin körpə bir anlıq ulduza çevrilib. Bu, onun oyuncaqlar olan zənbilə necə 3 qol vurması ilə bağlı çarxın atası tərəfindən internetdə - YouTube-də yerləşdirilməsindən sonra olub. Bunu demək olar 1 milyon adam izləyib. Oğlanın ailəsi “Venlo”nun hədsiz pərəstişkarıdır. Klub Berke ilə 10 illik simvolik müqavilə imzalayıb.