Nazim Süleymanova qırmızı vərəqə
27.04.2011 - 19:01
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "İnter" - AZAL görüşü gərginliyi ilə diqqət çəkib. Apasport.az-ın məlumatına görə, matçın gedişində AZAL klubunun baş məşqçisi Nazim Süleymanov hakimə etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılıb. Buna səbəb kimi isə baş hakim Elçin Məmmədovun AZAL-ın hücumçusunun yerdə qalmasına baxmayaraq, "İnter"in qapısına penalti təyin etməməsi göstərilir.
0
0