“Daha tez bərpa olunacaq komanda cütün qalibi olacaq”
27.04.2011 - 20:35
“Kubok oyunları çempionatdan fərqlidir. Burada hər şey iki oyunun nəticəsinə görə müəyyən olunur”. Apasport.az saytının xəbərinə görə, bunu NBS Bank Azərbaycan kubokunun “İnter”lə ilk yarımfinal matçından (0:0) sonra AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
O bildirib ki, ilk yarıda rəqib daha üstün oynadı: “İkinci hissədə isə biz daha yaxşı oynadıq, qol imkanları yaratdıq. Lakin yaranmış epizodlardan lazımınca istifadə edə bilmədik. Cütün taleyi cavab oyununda həll olunacaq. Komandaların finala çıxmaq şansı bərabərdir”.
Süleymanovun həmkarı Kaxaber Sxadadze isə bildirib ki, heç-heçə pis nəticə deyil: “Lakin qol vursaydıq daha yaxşı olardı. Yaratdığımız qol imkanlarından istifadə edə bilmirik. Bu problem hələ də qalmaqdadır. Hər iki komandanın qarşıda çətin oyunları var. Fikrimcə, daha tez bərpa olunacaq komanda cütün qalibi olacaq”.

0
0