“Xəzər Lənkəran” azarkeşləri əsl Avropa ab-havası yaratmışdılar”
27.04.2011 - 20:41
“Çox maraqlı oyunun şahidi olduq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
Paytaxt təmsilçisi NBS Azərbaycan kubokunun ilk yarımfinal matçında səfərdə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzub. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında latviyalı çalışdırıcı bildirib ki, ilk yarıda oyunları alınmayıb: “Xəzər Lənkəran”dan bu cür oyun gözləyirdik. İlk hissədə oyunumuz alınmadı, lakin ikinci hissədə daha yaxşı oynadıq. Bir neçə qol imkanı yaratdıq. Komandamdan razıyam. Kubok oyunlarında cütün taleyinin cavab oyununda həll olunacağını düşünürəm”.
“Xəzər Lənkəran” klubunun məşqçisi Mihai Teja isə öncə azarkeşlərə təşəkkür edib: “Bizi sonadək dəstəklədilər. Stadionda əsl Avropa ab-havası yaratmışdılar. Qoldan sonra daha bir neçə dəfə fərqlənə bilərdik. İkinci qol işimizi daha da asanlaşdırardı. Komandanın oyunundan və nəticədən razı qaldım”.

0
0