Qvardiola jurnalistlərdən xahiş etdi: Biz hələ finalda deyilik
28.04.2011 - 08:40
Qvardiola jurnalistlərdən xahiş etdi: Biz hələ finalda deyilik
“Bu gün yaxşı oyun keçirdik. Komanda aqressiv idi. Bizə oyuna nəzarəti ələ keçirmək mümkün oldu və sonda yaxşı nəticə əldə etdik ”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola deyib.

Çempionlar Liqasının ilk yarımfinal matçında əzəli rəqibi “Real”a Madriddə qalib gələn (2:0) kataloniyalılar finala vəsiqəni demək olar təmin ediblər. Ancaq Qvardiola madridlilərlə cavab görüşünə ciddi yanaşacaqlarını bildirib: “Biz finala doğru daha bir addım atdıq, ancaq Madridə çox hörmət edirik. “Real” hər şeyə qadirdir. Heç vaxt komandanın üstündən xətt çəkmək olmaz. Rəqibin aktivində Çempionlar Liqasının 9 kuboku var. Biz İspaniya kubokunun finalında etdiyimiz səhvləri bu oyunda düzəltdik. “Real”la şəxsi oyunlar bizi daha çox öyrənməyə vadar edir. Mətbuatdan hələ etmədiyimizi ayağıma yazmamağı xahiş edərdim. Biz hələ finalda deyilik”.

Qeyd edək ki, “Barselona”la “Real”ın cavab oyunu mayın 3-də keçiriləcək.