Ölkə çempionatında görünməmiş cəza
28.04.2011 - 09:05
Ölkə çempionatında görünməmiş cəza
Tunis Futbol Federasiyası ölkə çempionatı ilə bağlı sərt qərar verib. Apasport.az saytının məlumatına görə, yarışın son 10 turunun görüşləri boş tribunalar qarşısında keçiriləcək. Buna yerli liqanın 2 qarşılaşmasının baş tutmaması qalması səbəb olub.

Belə ki, azarkeşlərin futbolçu və hakimlərin həyatı üçün təhlükə mənbəyi olduğunu düşünən hakimlər tətilə başlayıb. Elə 2 görüş də buna görə baş tutmayıb. Buna görə də çempionatın yerdə qalan 10 görüşü azarkeşlərsiz oynanılacaq.

Qeyd edək ki, bu cəza qitə kuboklarında keçiriləcək oyunlara şamil olunmayacaq.