“Barselona” UEFA-ya şikayət edəcək
28.04.2011 - 09:47
“Barselona” rəhbərliyi UEFA-ya şikayət etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, katalonlar Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunundan sonra “Real”ın baş məşqçisi Joze Mourinyonun dediklərindən narazıdırlar.
Portuqaliyalı mütəxəssisin həm matçdan əvvəl, həm də sonra səsləndirdiyi fikirləri həzm edə bilməyən “Barsa” rəsmiləri UEFA-nın İntizam Komitəsinə müraciət edəcək.
Mourinyonun rəqib klubu və baş məşqçisi Xosep Qvardiolanı təhqir etməsi üzündən bir araya gələcək “Barselona”nın vəkilləri şikayət məktubunu hazırlayacaq.
Qeyd edək ki, Mourinyonun “belə qələbə üçün Qvardiolaya ayıb olsun” deməsi, “Barselona” rəhbərliyini özündən çıxarıb.

0
0