Messi: Allah bizimlədir
28.04.2011 - 09:59
Messi: Allah bizimlədir
“Biz böyük komandaya qalib gələ bildik. Allaha minnətdaram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona” klubunun futbolçusu Lionel Messi deyib.

Çempionlar Liqasında Madrid “Real”ı ilə səfərdə keçirilən ilk yarımfinal oyununda (2:0) etdiyi dubl, möhtəşəm oyunu və qolları ilə yadda qalan argentinalı hücumçu görüşdən sonra fikirlərini jurnalistlərə bildirməyərək, Facebook-dakı səhifəsində yazıb: “Finalda daha bir addım qaldı. Bizi dəstəkləyən “Barselona”nın azarkeşlərinə təşəkkür edirəm. İndi cavab görüşündə yaxşı oynamalıyıq. Biz final haqda arzulamaqda davam edirik. Allah bizimlədir”.